• $
  • £

Azərbaycanın Serbiyaya qaz ixracı 7 dəfədən çox artıb

Azərbaycanın Serbiyaya qaz ixracı 7 dəfədən çox artıb
20.01.2026 10:13

 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan Serbiyaya 106,4 milyon ABŞ dolları dəyərində 192,6 milyon kubmetr təbii qaz ixrac edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı pul ifadəsində 7,4 dəfə, həcm baxımından isə 5 dəfə artıb. Belə ki, 2024-cü ilin yanvar–noyabr aylarında Serbiyaya cəmi 38,5 milyon kubmetr qaz satılmış, ixracın dəyəri 14,3 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə isə Azərbaycan 2025-ci ilin ilk 11 ayında xarici bazarlara 22,804 milyard kubmetr təbii qaz ixrac edib. İxracın ümumi dəyəri 8,117 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 513,3 milyon dollar və ya 6,7 faiz artım deməkdir. Həcm baxımından artım 718 milyon kubmetr və ya 3 faiz təşkil edib.

Eyni dövrdə Azərbaycana 252,168 milyon kubmetr təbii qaz idxal olunub. İdxalın dəyəri 39,151 milyon ABŞ dolları olub. Statistikaya görə, idxalın dəyəri 2,1 dəfə artsa da, həcmi 2 dəfə azalıb, bu da qaz ticarətində qiymət amilinin kəskin rol oynadığını göstərir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol