• $
  • £

Ötən gün 38 cinayətin açılması təmin edilib

Ötən gün 38 cinayətin açılması təmin edilib
20.01.2026 11:16

Yanvarın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 110, o cümlədən borclu şəxs qismində axtarışda olan 89, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 15 tüfəng, 1 patron darağı və 507 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər də saxlanılıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Cəmiyyət 18:36
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Cəmiyyət 17:09
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Cəmiyyət 16:37
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Cəmiyyət 16:18
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Cəmiyyət 15:46
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
İkiqat olimpiya çempionu Roza Salihova 81 yaşında vəfat edib
Cəmiyyət 15:42
İkiqat olimpiya çempionu Roza Salihova 81 yaşında vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol