• $
  • £

SOCAR və "Eni" arasında potensial layihələr müzakirə edilib

SOCAR və "Eni" arasında potensial layihələr müzakirə edilib
20.01.2026 14:44

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın enerji şirkəti olan "Eni" gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib. Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında məlumat verib. 

Bildirilib ki, bununla bağlı müzakirələr Rövşən Nəcəf və "Eni"nin Baş direktoru Klaudio Deskaltsi arasında Dünya İqtisadi Forumu 2026 (WEF 2026) çərçivəsində keçirilən görüşdə aparılıb.

"Eni"nin Baş direktoru Klaudio Deskaltsi ilə məhsuldar görüş keçirdik, tərəfdaşlığımızın möhkəmliyini və strateji enerji təşəbbüslərinin irəlilədilməsinə dair ümumi öhdəliyimizi təsdiqlədik. Görüş zamanı SOCAR və "Eni" arasında imzalanmış anlaşma memorandumlarından irəli gələn potensial layihələr müzakirə olunub. Bundan əlavə, görüşdə enerji təhlükəsizliyinə, tullantıların azaldılmasına və bioyanacağın istehsalına diqqət yetirilib", - SOCAR-ın prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, istixana qazı emissiyalarının azaldılması, həmçinin Azərbaycanda və daha geniş regionda bərpa olunan enerji sahəsinin inkişafı üçün mühüm addımdır:

"Təcrübə və səriştələrimizi birləşdirərək müasir enerji çağırışlarına cavab verməyə, həmçinin daha dayanıqlı, etibarlı və enerji baxımından təhlükəsiz gələcək formalaşdırmağa çalışırıq".

Xatırladaq ki, 2024-cü il sentyabrın 5-də "Eni" və SOCAR arasında enerji təhlükəsizliyi, istixana qazlarının azaldılması və bioyanacaq istehsalı zənciri sahələrində 3 anlaşma memorandumu imzalanıb.

Birinci memorandum bütövlükdə Avropanın və xüsusilə İtaliyanın enerji təhlükəsizliyini gücləndirmək məqsədilə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində "Eni" və SOCAR arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

İkinci memorandum şirkətlər arasında ən yaxşı mövcud texnologiyalar tətbiq edilməklə Azərbaycanın hasilat sektorunda enerji səmərəliliyinin artırılması və istixana qazları emissiyalarının azaldılması üzrə əməkdaşlığa yönəlib.

Bura müxtəlif sənaye sektorlarında mövcud zavodlardan karbon tutma və nəqletmə həllərinin qiymətləndirilməsi, Azərbaycandakı yataqlarda saxlanması və istifadə edilməsi (CCUS), eləcə də bərpa olunan enerji mənbələrinin inkişafı layihələri üçün imkanların müəyyən edilməsi daxildir.

Bundan əlavə, hər iki şirkət Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə üçtərəfli memorandum çərçivəsində bioyanacaq istehsalı zəncirində əməkdaşlıq imkanlarını öyrənəcək.

Bu memorandum çərçivəsində tərəflər həm "ENI", həm də "Enilive" şirkətlərinin dərin bilikləri və texnologiyalarından istifadə edilməklə, ənənəvi neft emalı zavodlarının bioemal zavodlarına çevrilməsi məqsədilə Azərbaycanda və bütövlükdə Qafqaz regionunda deqradasiyaya uğramış torpaqlarda enerji bitkilərinin inkişaf etdirilməsi layihələrini, taxılla növbəli əkində ikinci dərəcəli bitkilərin tətbiqi, aqrar-sənaye və emal olunmuş bitki yağları (UCO) kimi digər tullantıların valorizasiyasını qiymətləndirəcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol