AZAL təyyarə qəzası ilə bağlı yekun hesabat xarici ekspertizalardan sonra dərc ediləcək-Nurlan Sauranbayev
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat xarici laboratoriyaların ekspertizalarından sonra dərc olunacaq. Bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bildirib
Onun sözlərinə görə, faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan əldə ediləcək məlumatlar alındıqdan sonra hazırlanacaq.
"Nümunələr əvvəlcə Rusiya və Azərbaycan tərəflərinə təqdim edilib, daha sonra Azərbaycan onları xarici ekspertlərə göndərib. Avionika üzrə modul blok isə ekspertiza üçün ABŞ-dakı istehsalçı şirkətə göndərilib",- o bildirib.
Aytac Zeynalova