• $
  • £

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
21.01.2026 18:02

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.

Məlumata görə, Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir, Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası, həmçinin Bakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata əlçatanlığının, eləcə də yaşayış məntəqələrinin sosial və ictimai obyektlərlə əlaqəliliyinin təmin edilməsi məqsədilə magistral xətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və 512 nömrəli yeni şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 19 fevral 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı və Gəncə–Masallı istiqamətlərində 6 lot üzrə fevtalın 24-də, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir və Şəki–Oğuz istiqamətlərində 6 lot üzrə fevralın 27-də, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə və İsmayıllı–Göyçay istiqamətlərində 6 lot üzrə martın 3-də, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə və Gəncə-Qazax istiqamətlərində 6 lot üzrə martın 6-da, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 6 lot üzrə martın 10-da, 122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi ("Şuşa şəhərciyi" y/m)), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi – Sahil qəsəbəsi), 448 nömrəli (Mərdəkan qəsəbəsi – Şüvəlan qəsəbəsi ("Mayak bağları") və 512 nömrəli (Aşağı Güzdək qəsəbəsi – Müşfiqabad qəsəbəsi (Seyid Əzim Şirvani, Kərpic zavodu)) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda martın 13-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Cəmiyyət 18:36
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Cəmiyyət 17:09
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Cəmiyyət 16:37
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Cəmiyyət 16:18
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Cəmiyyət 15:46
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
İkiqat olimpiya çempionu Roza Salihova 81 yaşında vəfat edib
Cəmiyyət 15:42
İkiqat olimpiya çempionu Roza Salihova 81 yaşında vəfat edib
Ötən gün Azərbaycanda narkotiklə əlaqəli 14 fakt aşkarlanıb
Cəmiyyət 15:24
Ötən gün Azərbaycanda narkotiklə əlaqəli 14 fakt aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol