• $
  • £

Deputat: Gəncədə kanalizasiya problemi illərdir həllini tapmır

Deputat: Gəncədə kanalizasiya problemi illərdir həllini tapmır
22.01.2026 14:47

Gəncədə kanalizasiya sistemi illərdir tam həll olunmur. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Onun sözlərinə görə, problemin qismən aradan qaldırıldığı ərazilərdə belə sonradan yeni çətinliklər yaranır.

Deputat qeyd edib ki, mövcud vəziyyətin effektiv həlli üçün aidiyyəti dövlət qurumları ilə birgə birgə komissiyanın yaradılması və prosesə parlament üzvlərinin də cəlb olunması faydalı ola bilər.

Həmzəyev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib.

Müşavirə zamanı dövlət başçısı aidiyyəti qurumlara bu sahədə bir sıra konkret tapşırıqlar verib. Deputat hesab edir ki, həmin yanaşma regionlarda, o cümlədən Gəncədə mövcud infrastruktur problemlərinin həllində də tətbiq olunmalıdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda dörd otaqlı ev yanıb
Cəmiyyət 23:37
Salyanda dörd otaqlı ev yanıb
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Cəmiyyət 21:33
Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Cəmiyyət 21:19
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Cəmiyyət 20:10
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Cəmiyyət 19:31
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Cəmiyyət 18:23
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Cəmiyyət 18:07
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Cəmiyyət 17:53
Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol