"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turu üzrə rəmzi heyətə daxil edilib.Bu barədə UEFA-nın mətbuat xidməti xəbər verir.
Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb.
O, bu uğura Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub.