Sahibkarla şad xəbər: Yoxlamaların dayandırılması daha bir il uzadılır
Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edir.
Qanuna əsasən, əvvəlcə 2026-cı ilə qədər nəzərdə tutulan sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2027-ci ilə qədər uzadılır.
Dəyişikliyə görə, qanun 2026-cı il yanvarın 1-dən tətbiq olunur.
Bu qərar sahibkarların fəaliyyətinin daha stabil və yoxlamalardan azad şəraitdə davam etməsinə şərait yaradacaq.
Gülnar Nazimqızı