• $
  • £

Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
23.01.2026 13:10

 

Şirkət şəxsi məlumatların idarəetmə sistemləri üzrə beynəlxalq sertifikata layiq görülüb

 

Lider mobil operator Şəxsi Məlumatların İdarəetmə Sistemi (Privacy Information Management System) üzrə tətbiq olunan ISO/IEC 27701:2019 beynəlxalq sertifikata layiq görülüb. Azercell bu standartlaşmanı Azərbaycanda rəsmi akkreditasiya qurumu tərəfindən uğurla keçən ilk şirkət olaraq informasiya təhlükəsizliyi sahəsində aparıcı mövqeyini daha da möhkəmləndirib. 

ISO/IEC 27701:2019 sertifikatı Azercell-in şəxsi məlumatların məxfiliyinin idarə olunmasında beynəlxalq standartlara əsaslanan sistemli yanaşma tətbiq etdiyini, həmçinin müştəri məlumatlarının emalında şəffaf, etibarlı və effektiv nəzarət mexanizmlərindən istifadə etdiyini  bir daha təsdiqləyib. Sertifikatlaşdırma prosesi TÜV Austria tərəfindən aparılan müstəqil audit əsasında həyata keçirilib.

Bununla yanaşı, Azercell ISO/IEC 27001:2022 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını növbəti üç il üçün uğurla yeniləyib. Bu sertifikat informasiya təhlükəsizliyi idarəetmə sisteminə əsaslanaraq şəxsi məlumatların qorunması üçün sistemli tələblər və nəzarət mexanizmləri təqdim edir. Standart təşkilatlara şəxsi məlumatların emalı və qorunması üçün vahid çərçivə təqdim edir, istifadəçilərin öz məlumatları üzərindəki hüquqlarını qorumağa, riskləri azaltmağa və beynəlxalq məxfilik tələblərinə uyğunluğu təmin etməyə imkan yaradır. Qeyd edək ki, Azercell 2019-cu ildən ISO/IEC 27001:2022 standartına uyğun fəaliyyət göstərir və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq tələblərə uyğun yanaşma tətbiq edir.

Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standartlaşdırma qurumlarını birləşdirən beynəlxalq federasiyadır. Təşkilat idarəetmə, texnologiya və biznes sahələrində xidmət və proseslərin keyfiyyətini qiymətləndirən minlərlə beynəlxalq standartı təsdiq edir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
İqtisadiyyat 15:50
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
İqtisadiyyat 15:37
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
İqtisadiyyat 14:56
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
İqtisadiyyat 11:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
İqtisadiyyat 11:22
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
Золото и серебро подешевели на мировых товарных биржах
İqtisadiyyat 10:24
Золото и серебро подешевели на мировых товарных биржах
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:51
Dünya bazarlarında neft ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:45
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycan nefti 95.5 dollara satılır
İqtisadiyyat 09:14
Azərbaycan nefti 95.5 dollara satılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol