• $
  • £

Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başlayıb

Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başlayıb
25.01.2026 14:04

Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisindəki heyvan satışı bazarı fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihə əsasında yenidənqurma və abadlaşdırma işləri aparılan bazarda iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin sektor müdiri Ruslan Məmmədov bildirib ki, bazarın giriş və çıxışında dezbaryerlər qurulub, yem anbarı, baytarlıq nəzarətinin həyata keçirilməsi üçün məntəqə, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.

Bazarın ərazisinə asfalt-beton örtük salınıb, heyvanların satışı üçün çardaqlar qurulub. Bundan başqa heyvanların avtomobillərə yüklənib boşaldılması üçün rampalar, tullantıların atılması üçün xüsusi təmin edilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Heyvan bazarının baş nəzarətçisi Füzuli Allahverdiyev isə bildirib ki, təmir-bərpa işləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi layihəyə uyğun olaraq yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, həm heyvan satışı ilə məşğul olanlar, həm də alıcılar bazarda yaradılan yeni şəraitdən razıdırlar.

Bazarda heyvan satışı ilə məşğul olan Knyaz Məmmədov və alıcı Aydın Həmidov da yaradılan şəraiti müsbət qiymətləndiriblər. Bildiriblər ki, əvvəllər bazarda ciddi şəraitsizlik mövcud idi, xüsusilə yağışlı havalarda çətinliklər yaranırdı. İndi isə ərazidə səliqə-sahman yaradılıb, yer asfaltlanıb, çardaqlar tikilib və alqı-satqı prosesi daha rahat şəkildə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdədəki heyvan bazarları fəaliyyətə başlayıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Cəmiyyət 17:09
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Cəmiyyət 16:37
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Cəmiyyət 16:18
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Cəmiyyət 15:46
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
İkiqat olimpiya çempionu Roza Salihova 81 yaşında vəfat edib
Cəmiyyət 15:42
İkiqat olimpiya çempionu Roza Salihova 81 yaşında vəfat edib
Ötən gün Azərbaycanda narkotiklə əlaqəli 14 fakt aşkarlanıb
Cəmiyyət 15:24
Ötən gün Azərbaycanda narkotiklə əlaqəli 14 fakt aşkarlanıb
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Cəmiyyət 14:22
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Ağdamda kənd sakini minaya düşüb
Cəmiyyət 14:16
Ağdamda kənd sakini minaya düşüb
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Cəmiyyət 13:54
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol