• $
  • £

Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən Murad Quliyevə hökm oxunub

Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən Murad Quliyevə hökm oxunub
26.01.2026 13:28

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Murad Quliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, Murad Quliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Quliyev Murad Qüdrət oğlu barəsində Cinayət Məcəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 15-dəki qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2019-cu il sentyabrın 23-də “Facebook” platformasında “Murad Quliyev” adlı səhifəsində və 2023-cü il dekabrın 24-də “Youtube” platforasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.(Apa)

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Cəmiyyət 20:10
Nizami Kino Mərkəzinin binasının fasadına müdaxilə aradan qaldırılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Cəmiyyət 19:31
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Cəmiyyət 18:23
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Cəmiyyət 18:07
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Cəmiyyət 17:53
Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Bakıda və bəzi bölgələrdə külək güclənəcək -XƏBƏRDARLIQ
Cəmiyyət 17:17
Bakıda və bəzi bölgələrdə külək güclənəcək -XƏBƏRDARLIQ
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq
Cəmiyyət 17:00
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Cəmiyyət 16:19
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol