Qarabağa köçən əhalinin 58%-i dövlət sektorunda çalışır
Qarabağda 154 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonunda məşğul əhalinin 58 faizi dövlət, 42 faizi isə özəl sektorda çalışır.
Eyni zamanda, bölgədə peşə hazırlığı proqramlarına cəlb olunanların sayı 360 nəfərə çatıb.
Gülnar Nazimqızı