Həbsdə olan jurnalist anasının dəfnində iştirak edəcək
Həbsdə olan jurnalist Şəmşad Ağa bir gün öncə vəfat edən anasının dəfnində iştirak edə biləcək. Bu barədə onun vəkili Cavad Cavadov məlumat paylaşıb.
Vəkil bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Şəmşad ağaya anasının dəfnində və yas mərasimində 3 gün müddətində iştirak etməyə icazə verib.
Şəmşad Ağa “Meydan TV” işi Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə həbs edilib.
Gülnar Nazimqızı