• $
  • £

"Özbaşına" tikililərin sənədləşdirilməsi qanunla qadağandır-Nigar Alimova

"Özbaşına" tikililərin sənədləşdirilməsi qanunla qadağandır-Nigar Alimova
29.01.2026 11:42

"Özbaşına" tikililərin sənədləşdirilməsi qanunla qadağandır. Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

"Bu məsələ həm Mülki Məcəllədə, həm də Torpaq Məcəlləsində açıq şəkildə təsbit olunub. Aidiyyəti qurumlar öz çıxışlarında vətəndaşların bu mövzuda maarifləndirilməsinə xüsusi diqqət yetirirlər. İlk növbədə “özbaşına tikili” anlayışının mahiyyəti düzgün başa düşülməlidir. Özbaşına tikili dedikdə, tikinti normaları və torpaq idarəetməsi haqqında qanunvericiliyin tələbləri pozularaq aparılan tikinti işləri nəzərdə qurum  icraedici strukturdur və yalnız mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərə bilər. Qanunvericilikdə müvafiq tənzimləmə müəyyən edildikdən sonra, həmin tələblərə uyğun şəkildə hərəkət olunur. Hazırkı mərhələdə nə torpaq sahəsinə, nə də tikiliyə dair heç bir sənədi olmayan obyektlərə sənəd verilməsi mümkün deyil.

O vurğulayıb ki, Cəmiyyətə aydın mesaj verilməlidir ki, özbaşına tikinti aparmaq yolverilməzdir.

"Bu cür tikililər sonradan sənədləşdirmə problemləri yaradır, şəhərsalma prinsiplərinə ziddir, infrastrukturun — xüsusilə su, kommunal və digər təminat sistemlərinin qurulmasında ciddi çətinliklərə səbəb olur. Cəmiyyətdə bu anlayış tam formalaşdıqdan, qanunsuz tikililərin sayı minimuma endikdən və bu tendensiya sıfıra yaxınlaşdıqdan sonra, gələcəkdə sənədləşdirmə məsələsinə baxılması mümkündür. Bu halda icraçı qurumlar da müvafiq tənzimləmələrə uyğun fəaliyyət göstərəcək.

O əlavə edib ki,  kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin aparılması ümumiyyətlə qadağandır və bu sahədə istisnalar nəzərdə tutulmur.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol