• $
  • £

Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşüb

Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşüb
29.01.2026 21:50

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib.

Görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə ediblər.

Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün yekununda IUCN-in Azərbaycanda ölkə ofisinin açılması istiqamətində fəaliyyətlərin, eləcə də əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb.

Tərəflər aparılan müzakirələri IDEA İctimai Birliyi ilə IUCN arasında uzunmüddətli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi dəyərləndiriblər.

1948-ci ildən etibarən fəaliyyət göstərən IUCN ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biridir. IUCN 1964-cü ildə nəsli kəsilmək təhlükəsi altında olan canlı və bitki növlərinin vəziyyətini əks etdirən Qırmızı Kitabı yaradaraq qlobal səviyyədə ekoloji qiymətləndirmə və qərarvermə proseslərinə mühüm töhfə verib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Cəmiyyət 16:19
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Dünyada hər 4 uşaqdan biri kitab oxuya bilmir - Azərbaycanda vəziyyət necədir?/Şərh
Cəmiyyət 15:48
Dünyada hər 4 uşaqdan biri kitab oxuya bilmir - Azərbaycanda vəziyyət necədir?/Şərh
6 800 nəfər autizmli əlilliyi olan şəxs qeydiyyatdadır - Rəsmi
Cəmiyyət 15:17
6 800 nəfər autizmli əlilliyi olan şəxs qeydiyyatdadır - Rəsmi
Bahar Muradovanın komitəsi bir il ərzində tədbirlərə 3 milyon manata yaxın vəsait xərcləyəcək
Cəmiyyət 14:55
Bahar Muradovanın komitəsi bir il ərzində tədbirlərə 3 milyon manata yaxın vəsait xərcləyəcək
Lənkəranda “Dairəvi qala”nın bərpasına 2 milyon manata yaxın vəsait xərclənəcək
Cəmiyyət 13:29
Lənkəranda “Dairəvi qala”nın bərpasına 2 milyon manata yaxın vəsait xərclənəcək
Ali Məhkəmə Tofiq Yaqublunun şikayətini təmin etməyib
Cəmiyyət 12:57
Ali Məhkəmə Tofiq Yaqublunun şikayətini təmin etməyib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:48
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 12:39
Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib
Əsədov Orta Dəhliz və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb
Cəmiyyət 11:48
Əsədov Orta Dəhliz və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol