• $
  • £

Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub - Evindən silah çıxıb

Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub - Evindən silah çıxıb
30.01.2026 12:32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib. Bu barədə Qafqazinfo-ya Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.

İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.

Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.

Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Cəmiyyət 20:40
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol