• $
  • £

Sabiq nazirə artıq pensiya ödəndiyi üçün geri alınacaq

Sabiq nazirə artıq pensiya ödəndiyi üçün geri alınacaq
30.01.2026 16:54

Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin keçmiş prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimovun pensiyasının yenidən hesablanması və artıq ödənilmiş vəsaitin geri tutulması məhkəmə tərəfindən qanuni sayılıb. Bu barədə Qafqazinfo yazıb. 

Məhkəmə materiallarına görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) yoxlama zamanı Kərimova deputat fəaliyyəti ilə bağlı 4 226 manatın artıq ödənildiyini müəyyən edib. Araşdırmada bildirilib ki, Kərimov növbədənkənar seçkilərlə deputat seçildiyinə görə 5 illik tam səlahiyyət müddətini deyil, 4 il 5 ay 16 gün deputat olub.

DSMF-nin hesablamasına əsasən, əvvəlki səhv nəticəsində iddiaçıya aylıq 6 631 manat pensiya ödənilib, halbuki düzgün məbləğ 5 858 manat olmalı idi. Qurum artıq ödənilmiş məbləğin pensiyadan tutulmasına qərar verib.

Kərimovun vəkili qərarı əsassız hesab edərək bildirib ki, qanunvericilikdə deputat fəaliyyətinin tam və ya natamam anlayışı yoxdur və növbədənkənar seçkilərlə deputat seçilməsi fəaliyyətin natamam sayılması üçün əsas ola bilməz.

Məhkəmə tərəfləri dinlədikdən sonra DSMF-nin mövqeyini dəstəkləyib və pensiyanın yenidən hesablanması, eləcə də artıq ödənilmiş 4 226 manatın büdcəyə qaytarılmasını qanuni hesab edib.

2005-ci il parlament seçkilərinin bəzi nəticələri ləğv edilmiş, 2006-cı ildə həmin dairələr üzrə təkrar seçkilər keçirilmişdi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Cəmiyyət 14:22
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Ağdamda kənd sakini minaya düşüb
Cəmiyyət 14:16
Ağdamda kənd sakini minaya düşüb
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Cəmiyyət 13:54
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 13:49
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Cəmiyyət 13:40
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Cəmiyyət 13:33
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Cəmiyyət 12:46
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Cəmiyyət 12:18
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Kafe və restoranlara investisiyalar azalıb
Cəmiyyət 11:32
Kafe və restoranlara investisiyalar azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol