• $
  • £

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min manatdan çox ziyan dəyib

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min manatdan çox ziyan dəyib
30.01.2026 18:47

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri, Abşeron və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 10G ünvanında,  eyni zamanda Xətai rayonu Xəqani Rüstəmov küçəsində, Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti 231 ünvanında, Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsində, İsmayıllı rayonu Zərnava və Sərdahar kəndlərinin inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 010  manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Cəmiyyət 14:22
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Ağdamda kənd sakini minaya düşüb
Cəmiyyət 14:16
Ağdamda kənd sakini minaya düşüb
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Cəmiyyət 13:54
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 13:49
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Cəmiyyət 13:40
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Cəmiyyət 13:33
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Cəmiyyət 12:46
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Cəmiyyət 12:18
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Kafe və restoranlara investisiyalar azalıb
Cəmiyyət 11:32
Kafe və restoranlara investisiyalar azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol