• $
  • £

DYP həftəsonu səfərə çıxacaq sürücülərə xəbərdarlıq edib

DYP həftəsonu səfərə çıxacaq sürücülərə xəbərdarlıq edib
31.01.2026 10:30

BDYPİ həftəsonu səfərə çıxacaq sürücülərə xəbərdarlıq edib.

Bildirilir ki, həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.

Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Cəmiyyət 13:46
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Cəmiyyət 13:32
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Cəmiyyət 13:22
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Cəmiyyət 13:19
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Cəmiyyət 13:17
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Cəmiyyət 13:12
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Cəmiyyət 13:02
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Mayda 5 gün ardıcıl iş olmayacaq
Cəmiyyət 12:56
Mayda 5 gün ardıcıl iş olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol