• $
  • £

Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb

Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
31.01.2026 16:05

2025-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5,721 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 409,3 milyon dollar və ya 6,7% azdır. Məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 11,58%-ni təşkil edib və ölkə Azərbaycanın əsas ticarət tərəfdaşları arasında ikinci yerdə qərarlaşıb.

Ötən il Azərbaycandan Türkiyəyə ixrac 3,378 milyard dollar olub. Bu göstərici illik müqayisədə 441,6 milyon dollar və ya 11,6% azalıb.

İxracın 118 milyon dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payına düşüb. Sözügedən məhsullar üzrə ixrac həcmi 242,6 min ton təşkil edib. Bir il əvvəl bu məhsulların ixracı dəyər ifadəsində 49,2%, həcm baxımından isə 43,6% azalmışdı.
Eyni zamanda, 2025-ci ildə Azərbaycandan Türkiyəyə 597,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən 55 milyon dollar və ya 10,1% artım deməkdir.

Türkiyənin Azərbaycanın qeyri-neft ixracında payı 16,46% olub və bu göstərici ilə ölkə Rusiyadan sonra ikinci sırada qərarlaşıb.
Hesabat ilində Türkiyədən Azərbaycana idxal isə 2,343 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 32,3 milyon dollar və ya 1,4% artım deməkdir.

Ümumilikdə, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 49,423 milyard dollar olub. Bu, əvvəlki illə müqayisədə 1,81 milyard dollar və ya 3,8% çoxdur. Xarici ticarətin 25,043 milyard dolları ixracın, 24,380 milyard dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb. Nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol