• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Yanvarda Qarabağda nə qədər ərazi minadan təmizlənib? - ANAMA

Yanvarda Qarabağda nə qədər ərazi minadan təmizlənib? - ANAMA
02.02.2026 13:13

2026-cı ilin yanvarında azad olunan ərazilərdə 37 tank əleyhinə mina, 337 piyada əleyhinə mina, 1364 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, 1738.3  hektar ərazi minalardan təmizlənib.

2025-ci il ərzində Qarabağda 1 861 tank əleyhinə mina, 4 963 piyada əleyhinə mina və 52 392 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Hesabat ilində  69 205,7 hektar ərazi minalardan təmizlənib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Cəmiyyət 14:55
Kamran Əliyevdən yeni təyinatlar
Azərbaycanlı blogerə qarşı ittiham aktı təsdiqlənib
Cəmiyyət 14:41
Azərbaycanlı blogerə qarşı ittiham aktı təsdiqlənib
AEM bir ayda 48 aptekdə yoxlama aparıb, 7-də nöqsan aşkarlanıb
Cəmiyyət 14:19
AEM bir ayda 48 aptekdə yoxlama aparıb, 7-də nöqsan aşkarlanıb


Sədərəkdə iki saat qaz olmayacaq
Cəmiyyət 14:06
Sədərəkdə iki saat qaz olmayacaq

Bəzi rayonlara qar yağacaq, duman olacaq
Cəmiyyət 13:24
Bəzi rayonlara qar yağacaq, duman olacaq
Yanvarda Qarabağda nə qədər ərazi minadan təmizlənib? - ANAMA
Cəmiyyət 13:13
Yanvarda Qarabağda nə qədər ərazi minadan təmizlənib? - ANAMA
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
Cəmiyyət 13:01
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
İctimai Televiziyada dil normaları pozulur - Deputat
Cəmiyyət 12:48
İctimai Televiziyada dil normaları pozulur - Deputat
Milli Məclisdə Hesablayıcı və İntizam komissiyaları yeni tərkibdə formalaşıb
Cəmiyyət 12:40
Milli Məclisdə Hesablayıcı və İntizam komissiyaları yeni tərkibdə formalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol