• $
  • £

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat
02.02.2026 15:24

Dünya Bankının “Business Ready” göstəricilərində Azərbaycanın mövqeyinin yaxşılaşması müsbət haldır, lakin reytinqlər iqtisadiyyatı birbaşa formalaşdırmır, əsasən xarici sərmayədarlarda inam yaradır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, əsas diqqət yerli biznes mühitinin yaxşılaşdırılmasına yönəlməlidir. O qeyd edib ki, hazırda biznes qurmaq istəyən şəxslər ideya inkişaf etdirməkdən daha çox icazələr, razılaşmalar və müxtəlif qurumların paralel tələbləri ilə məşğul olurlar ki, bu da sahibkarların enerjisini istehsal və investisiyadan uzaqlaşdırır.

Nurullayev vurğulayıb ki, məşğulluğun artımında əsas rol dövlətə deyil, biznesə məxsusdur və biznes yalnız sadə, aydın və proqnozlaşdırıla bilən mühitdə inkişaf edə bilər. Onun fikrincə, əmək münasibətlərində şəffaflıq və sosial müdafiə vacib olsa da, mexanizmlərin həddən artıq mürəkkəbliyi işəgötürənləri qeyri-rəsmi fəaliyyətə sövq edə bilər.

Deputat hesab edir ki, islahatların əsas hədəfi biznes sahəsində sənədləşmə sisteminin köklü şəkildə sadələşdirilməsi olmalıdır.

“Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır”, -  o bildirib.

Razi Nurullayevin sözlərinə görə, beynəlxalq reytinqlərdə yüksək bal toplamaq mümkündür, lakin real nəticə yalnız o halda əldə ediləcək ki, ölkədə biznesə başlamağın asan, sərmayə qoymağın təhlükəsiz və yeni iş yerləri yaratmağın cəlbedici olduğu mühit formalaşdırılsın.

Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edir. 

Qanuna əsasən, əvvəlcə 2026-cı ilə qədər nəzərdə tutulan sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2027-ci ilə qədər uzadılır.

Dəyişikliyə görə, qanun 2026-cı il yanvarın 1-dən tətbiq olunur.

Bu qərar sahibkarların fəaliyyətinin daha stabil və yoxlamalardan azad şəraitdə davam etməsinə şərait yaradacaq.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol