• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub
13.12.2013 22:07

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, nazir uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, trenajor siniflərinin, yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.

Zabit heyətilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr haqqında danışılıb, xidmətdə fərqlənən hərbçilərə növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.

Müdafiə naziri hərbi hissədəki qərargah binası, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələri üçün nəzərdə tutulan yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Ötən həftə 875 hektardan çox ərazi minalardan təmizlənib
Cəmiyyət 11:37
Ötən həftə 875 hektardan çox ərazi minalardan təmizlənib
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Cəmiyyət 11:08
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Cəmiyyət 10:58
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
Cəmiyyət 10:45
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
DİN: İki gündə 105 cinayət açılıb, 86 şübhəli saxlanılıb
Cəmiyyət 10:24
DİN: İki gündə 105 cinayət açılıb, 86 şübhəli saxlanılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 10:11
Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib
MEDİA-nın yaradılmasından beş il ötür
Cəmiyyət 10:05
MEDİA-nın yaradılmasından beş il ötür
"Bitcoin"in qiyməti 92 min dolları ötüb
Cəmiyyət 10:03
"Bitcoin"in qiyməti 92 min dolları ötüb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:00
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol