• $
  • £

Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib

Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
02.02.2026 18:46

Gənclər Günü ərəfəsində Azercell-in dəstəyi ilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan Azərbaycan milli komandasının üzvləri şirkətin qonağı olub. Görüş gənc istedadların beynəlxalq arenada əldə etdikləri nailiyyətləri, eləcə də bu uğurların arxasında dayanan uzunmüddətli və sistemli əməkdaşlıq modelini ön plana çıxarıb.

Tədbirdə “Azercell Telekom” MMC-nin Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, şirkətin nümayəndələri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, eləcə də milli yığmanın müəllimləri iştirak ediblər.

Qeyd edək ki, Azercell və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017-ci ildən etibarən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir. Hazırda proqram çərçivəsində illik olaraq 90 şagird əlavə hazırlıq prosesinə cəlb olunur.

Bu müddət ərzində milli yığmanın üzvləri informatika üzrə nüfuzlu beynəlxalq və regional olimpiadalarda uğurla çıxış edərək 6 qızıl, 33 gümüş və 65 bürünc olmaqla ümumilikdə 104 medal qazanıblar.

Tədbiri açan Sona Abbasova bildirib: “Şirkətimiz istedadlı gənclərin  inkişafına, İT və proqramlaşdırma istiqamətlərində bilikyönümlü və ixtisaslı insan kapitalının formalaşmasına xüsusi diqqət yetirir. Sizin beynəlxalq olimpiadalarda əldə etdiyiniz nəticələr bizi həm qürurlandırır, həm də bu təşəbbüsün əhəmiyyətini bir daha gündəmə gətirir.  İnanıram ki, bu gün dəstək göstərdiyimiz gənclər sabah ölkənin texnoloji inkişafına töhfə verən peşəkar kadrlara çevriləcəklər”. 

Fuad Qarayev də bu tərəfdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib:
“Azercell-in dəstəyi sayəsində informatika üzrə milli komandanın  üzvləri beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlanır. Şagirdlər üçün əlavə hazırlıq dərslərinin təşkili, məqsədyönlü hazırlıq proqramlarının həyata keçirilməsi və xüsusi tədris mühitinin yaradılması gənclərin potensialının üzə çıxarılmasına şərait yaradır. Bu cür kompleks yanaşma onların beynəlxalq olimpiadalarda göstərdikləri nəticələrə birbaşa təsir göstərir və eyni zamanda, ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasına töhfə verir”, – deyə Fuad Qarayev bildirib.

Tədbirin sonunda informatika üzrə beynəlxalq olimpiadaların medalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol