• $
  • £

2013-cü ildə ölən məşhurlar

2013-cü ildə ölən məşhurlar
29.05.2020 10:17
Yola salmağa hazırlaşdığımız 2013-cü il bütün dünyada tanınan, bir çox siyasi prosesə təsir edən, əfsanəvi və populyar siyasi xadimlərin dünyalarını dəyişməsilə yadda qalıb. Modern.az saytı artıq o dünyada olan həmin şəxsiyyətləri təqdim edir.“Hökmdar” Çavesİki il xərçənglə mübarizə aparan Venesuela prezidenti Uqo Çaves dəfələrlə cərrahiyə əməliyyatına məruz qalsa da, xəstəliyinə qalib gələ bilmədi. Martın 5-də 58 yaşında komandante ölüb. Venesuela liderinin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilsə də, amma Latın Amerikası siyasətçiləri iddia edirdilər ki, onu zəhərləyiblər. Dünya liderləri dərhal Çavesin ölüm xəbərinə reaksiya verdilər. Latın Amerikası ölkələri prezidentlərinin reaksiyası isə daha emosional idi. Argentina və Braziliya rəhbərləri dövlət tədbirlərini ləğv etdilər, Kubada isə üçgünlük matəm elan olundu. Çavesin dəfninə 55 ölkədən nümayəndə heyəti gəlib, onların arasında Ukrayna prezidenti Aleksandr Lukaşenko və İranın keçmiş prezidenti Mahmud Əhmədinejat da olub. Əhmədinejat göz yaşlarını saxlaya bilməsə də, ABŞ “hökmdar”ın ölümünə sevinirdi.Əfsanəvi inqilabçıDekabrın 6-da Cənubi Afrika Respublikasının keçmiş prezidenti və Nobel mükafatı laureatı Nelson Mandela uzun sürən xəstəlikdən sonra 95 yaşında vəfat edib. O, həyatının 27 ilini həbsxanada keçirəndən sonra CAR-ın ilk qaradərili dövlət başçısı seçilmişdi, onu “xalqın atası” hesab edirdilər.Oliqarxın müəmmalı ölümüMartın 23-də qalmaqallı rusiyalı oliqarx, uzun illər Londonda yaşayan və vətəninə qayıda bilməyən Boris Berezovski intihar edib. Paltarı əynində olan Berezovskinin meyiti mənzilindəki vanna otağında tapılıb. Onun vəkili intihar haqda danışsa da, qətlə yetirildiyi də istisna olunmurdu. Amma dostları və tanışları hamılıqla dedilər ki, Berezovski uzun müddət idi depressiyaya düşdüyündən yaşamağın mənasını görmürdü. O hətta depressiyadan qurtulmaq üçün İsraildə müalicə də olunmuşdu. Onun ölümü ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Berezovski may ayında İngiltərədə Brukvud qəbiristanlığında dəfn olunub.“Dəmir ledi”nin kralica kimi dəfniAprelin 8-də 87 yaşında Böyük Britaniyanın keçmiş baş naziri, “dəmir ledi” Marqaret Tetçer dünyasını dəyişib. Əfsanəvi qadın son zamanlar ağır xəstələnmişdi, ölümünə isə insult səbəb olub. Tetçer böyük təntənə ilə dəfn olunub. Mərasimdə digər ölkələrdən yüzlərlə nümayəndə, tanınmışlar, kral ailəsinin üzvləri iştirak ediblər. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
Dünya 23:30
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol