• $
  • £

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
03.02.2026 21:03

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Mərasim İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə baş tutub. Sənədi İsrailin Süni İntellekt üzrə Milli Qərargahın komandiri, briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Tərəflər yüksək məhsuldarlı hesablama infrastrukturu, vacib mülki sektorlarda süni intellekt tətbiqi, mütəxəssislərin hazırlanması və birgə tədqiqatlar aparmaq sahələrində tərəfdaşlıqlarını dərinləşdirməyi planlaşdırırlar.

Netanyahu süni intellektin müasir dövrün bir aləti olduğunu və Azərbaycanla əməkdaşlığın ölkənin bu sahədə liderliyini gücləndirməyə kömək edəcəyini qeyd edib. İsrailin Baş naziri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə xoş arzularını çatdırmağı xahiş edib və İsrailə səfərini səbirsizliklə gözlədiyini qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Texnologiya 21:20
“Telegram” kanalları kütləvi surətdə bloklanır
“X”in fəaliyyətində problem yaranıb
Texnologiya 18:29
“X”in fəaliyyətində problem yaranıb
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Texnologiya 21:03
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
Texnologiya 20:29
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Texnologiya 09:15
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Texnologiya 18:23
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Texnologiya 14:20
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol