• $
  • £

ABŞ–İran danışıqları cümə günü Omanda keçiriləcək

ABŞ–İran danışıqları cümə günü Omanda keçiriləcək
05.02.2026 10:30

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi cümə günü Omanın paytaxtı Məsqətdə keçiriləcək. Tərəflər görüşün yerini təsdiqləsə də, danışıqların gündəliyi ilə bağlı fikir ayrılıqları qalır.

Vaşinqton İranın ballistik raket proqramının da müzakirə olunmasını tələb edir. Tehran isə yalnız nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu bildirir.

Danışıqlar regionda artan gərginlik fonunda keçirilir. ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır, regional oyunçular isə tammiqyaslı müharibəyə çevrilə biləcək toqquşmadan yayınmağa çalışırlar. Son günlərdə görüşün mövzusu və yeri ətrafında yaranan fikir ayrılıqları danışıqların baş tutub-tutmayacağına dair suallar doğurub.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü NBC News-a müsahibəsində İranın Ali Lideri Ayətullah Əli Xameneinin narahat olub-olmaması ilə bağlı suala cavabında “bəli, çox narahat olmalıdır” deyib. Tramp əlavə edib ki, “onlar bizimlə danışıqlar aparırlar”, lakin detalları açıqlamayıb.

Bu açıqlamadan sonra ABŞ və İran rəsmiləri danışıqların İstanbuldan Məsqətə köçürüldüyünü təsdiqləsə də, gündəmlə bağlı razılaşmanın əldə olunmadığını bildiriblər.

İran tərəfi israr edir ki, danışıqlar Qərblə illərdir davam edən nüvə mübahisəsi ilə məhdudlaşmalıdır. ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Vaşinqton dialoqa açıqdır, lakin müzakirələr İranın ballistik raket proqramını, regiondakı silahlı qruplara dəstəyini və insan haqları məsələlərini də əhatə etməlidir.

Danışıqlarda ABŞ prezidentinin kürəkəni Cared Kuşner, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin iştirak edəcəyi gözlənilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Dünya 17:30
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Dünya 08:53
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Dünya 22:31
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Dünya 22:06
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
Dünya 20:10
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Dünya 18:00
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar –Paşinyan
Dünya 14:40
Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar –Paşinyan
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Dünya 12:32
Abbas Əraqçi Azərbaycan və Ermənistana təşəkkür edib
Türkiyənin neft tankeri dronla vurulub
Dünya 09:50
Türkiyənin neft tankeri dronla vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol