Küləkli havada Bakıda 5 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb
Küləkli hava şəraiti fonunda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma halları ilə bağlı 5 çağırış daxil olub, 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Bu barədə qurumdan bildirilib.
Çağırışlar üzrə təcili tibbi yardım briqadaları hadisə ünvanlarına cəlb edilib. Dörd nəfər hospitalizasiya olunub.
47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hava şəraiti ilə əlaqədar 1 kişi üzrə həkiməqədər ölüm faktı da qeydə alınıb.
Aytac