İsveç Ukraynaya enerji təchizatı üçün 1 milyard kron ayıracaq
İsveç hökuməti enerji dəstəyi üçün Ukraynaya 1 milyard İsveç kronu (110 milyon dollardan çox) ayırmaq qərarına gəlib.
Bu barədə SVT televiziyası mənbələrə istinadla məlumat yayıb.
İnkişaf və xarici ticarət naziri Benjamin Dousun sözlərinə görə, İsveçin yardımı Ukraynanın enerji təchizatını bərpa etmək üçün elektrik stansiyalarına, qızdırıcılara və ehtiyat hissələri alınmasına yönəldiləcək.
Gələn həftə Kiyev və Xarkov kimi iri şəhərlərdə temperaturun mənfi 25 dərəcəyə enəcəyi gözlənilir. Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində hazırda Ukraynada minlərlə ev işıqsız qalıb.