Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Oxşar xəbərlər
Oxşar xəbərlər