• $
  • £

Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı iki dəfədən çox artıb

Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı iki dəfədən çox artıb
06.02.2026 15:48

2025-ci ilin yekunları üzrə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 6 935 başa çatıb ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur. Bu barədə Dövlət Sığorta Fondundan bildirilib. 

2024-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 3 276 baş iri və xırda buynuzlu heyvan sığortalanmışdı.

Aqrar sığorta mexanizmi çərçivəsində əkin sahələri ilə yanaşı, südlük və ətlik iribuynuzlu mal-qara, eləcə də xırdabuynuzlu heyvanlar sığorta olunur. Dövlət fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-ni öz üzərinə götürür.

Mövcud tariflərə əsasən, 1 000 manatlıq iribuynuzlu mal-qaranın sığortalanması fermerə 24–39 manat, 300 manatlıq xırdabuynuzlu heyvanların sığortalanması isə 7–10 manat təşkil edir.

2025-ci ildə heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 2,5 dəfə artaraq 4,7 milyon manata yüksəlib. Eyni dövrdə heyvandarlıq təsərrüfatlarına təqdim edilən sığorta təminatı 46 milyon manatı keçib, bu da 2024-cü illə müqayisədə 2,3 dəfə çoxdur.

Ötən il müxtəlif risklər nəticəsində zərər çəkmiş fermer və təsərrüfatlara 394 min manat sığorta ödənişi həyata keçirilib. Ən çox ödənişlər yoluxucu xəstəliklər, yemdən zəhərlənmə və vəhşi heyvanların hücumları ilə bağlı qeydə alınıb.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Cəmiyyət 20:40
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol