• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ

Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
06.02.2026 18:17

Silahların saxlanması “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu və Daxili İşlər Nazirliyinin normativ aktları ilə tənzimlənir. 

Qanunun tələbinə əsasən, silah yalnız dövlət tərəfindən verilən icazə əsasında əldə edilə və saxlanıla bilər.

Qanunda açıq şəkildə qeyd olunur ki, mülki silah sahibi silahın təhlükəsiz saxlanmasına görə şəxsi məsuliyyət daşıyır.

Qanunvericiliyə görə, silah mütləq metal seyfdə saxlanılmalı, seyf divara və ya döşəməyə bərkidilməlidir. Silah boş vəziyyətdə, patron silaha yerləşdirilmədən saxlanmalıdır. Patronlar silahdan ayrı yerdə, təhlükəsiz şəkildə qorunmalıdır. Silaha üçüncü şəxslərin, o cümlədən ailə üzvlərinin və uşaqların çıxışı qadağandır.

Milli məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycan qanunverciliyində silahın saxlanması ilə bağlı boşluq yoxdur.

"Bu məsələdə sadəcə atanın məsuliyyətsizliyi var. Çünki ov tüfənginə sahib olan şəxs mütləq onun saxlanmasına nəzarət etməli idi. Vaxtaşırı polis  orqanları gəlib onu yoxlamalıdırlar",- deputat bildirib.

Sabiq prokurorluq əməkdaşı, ekspert  Müşviq Abbasov bildirib ki, ov silahlarından açılan atəşdən yaralanan şəxs çox saylı qəlpə yaraları ala bilər.

"Bir atəş zamanı çoxlu sayda qəlpə yarası almaq mümkündür. Qəlpələr atəş zamanı şaxələnir. Adətən belə silahla quş ovlayırlar", -  Abbasov bildirib.

Onun sözlərinə görə,  hadisəni törədən uşağın atası mütləq qaydada məsuliyyətə cəlb edilməlidir. 

"Silahın saxlanması onun sahibinin məsuliyyətindədir. Silahı saxlamaq üçün müəyyən qaydalar var. Silahın içərisində patron olmamalıdır. Silah qablaşdırmalıdır. Patronla eyni yerdə saxlamaq olmaz. Əl çatan yerdə və isti şəraitdə saxlanmamalıdır. Ümumi qaydalara riayət olunmalıdır. Ümumilikdə ov silahlarına hüquq mühafizə orqanlarının nəzarəti yoxdur. Ağır nəticə baş verəndə hüquq mühafizə orqanları araşdırma aparırlar. Hüquq mühafizə orqanı təbii ki, gəlib evdə silahın necə saxlanmasına nəzarət edə bilməz",- o vurğulayıb.

Abbasov əlavə edib ki, bu cür halların yaşanmaması üçün maarifləndirmə işləri aparılmalıdır. 

"Cəmiyyətdə uşaqlar üzərində müəllim və valideynlərin nəzarəti vacibdir.  Müəyyən kompüter oyunlarına qadağa qoyulmalıdır",- o bildirib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, fevralın 6-ı saat 9.00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  riyaziyyat müəlliməsi işləyən, 29 yaşlı  Şəhla Kamilovaya  xəsarət yetirib.

Şagird polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırılır.

Baş Prokurorluqdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin uyğun maddəsinə görə,  şagirdi 3-8 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluq əməkdaşları hadisə yerində baxış keçirib və hadisənin başvermə səbəbləri araşdırılıb.

Yaralıya vaxtında tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxanada davam etdirilir.

Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 29 yaşlı Şəhla Kamilova məktəbin onuncu sinif şagirdi tərəfindən güllələnib. Onun boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. 

Aytac Zeynalova
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Masallıda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:29
Masallıda iki avtomobil toqquşub, ölən var
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Cəmiyyət 18:17
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Cəmiyyət 18:06
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
10 günün əsgəri ölüb
Cəmiyyət 17:56
10 günün əsgəri ölüb
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Cəmiyyət 17:40
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:10
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Müəllimin boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub - TƏBİB
Cəmiyyət 16:27
Müəllimin boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub - TƏBİB
Yanvarda nə qədər sərnişin daşınıb?
Cəmiyyət 16:19
Yanvarda nə qədər sərnişin daşınıb?
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:54
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol