• $
  • £

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
08.02.2026 12:30

Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.

Fevralın 9-da Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol