• $
  • £

Son yeddi ildə STM 171 sorğu keçirib - Rəsmi

Son yeddi ildə STM 171 sorğu keçirib - Rəsmi
09.02.2026 11:54

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2019–2026-cı illər ərzində ölkənin 14 iqtisadi rayonunu və 153 200 respondenti əhatə edən 171 sosioloji sorğu (161 yerli, 10 beynəlxalq) həyata keçirib. Eyni dövrdə keyfiyyət əsaslı tədqiqatlara təxminən 600 respondent cəlb edilib.

STM-in açıqlamasına görə, beynəlxalq təcrübədə beyin mərkəzlərinin əsas güclü tərəfi “knowledge translation” – elmi biliklərin siyasət dilinə çevrilməsi bacarığıdır.

Mərkəz bu funksiyanı analitik hesabatlar, təhlil və arayış sənədləri, həmçinin ictimai rəy əsaslı tədqiqatlar vasitəsilə həyata keçirir.

Hazırlanan sənədlər dövlət idarəçiliyinin elmi əsaslarla təkmilləşdirilməsi, ictimai proseslərin əhatəli öyrənilməsi və qərarqəbuletmə prosesinin rasional məlumat bazası ilə təmin edilməsi məqsədini daşıyır. STM-in analitik məhsulları yalnız mövcud vəziyyətin təsviri ilə kifayətlənmir, həm də sosial proseslərin dinamikası, struktur xüsusiyyətləri və perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir.

2019–2026-cı illər ərzində STM əməkdaşları tərəfindən 160-dan çox analitik hesabat və 900-dən çox arayış, təhlil və təklif sənədi hazırlanıb. Bundan əlavə, 2019-cu ildə təsis edilmiş beynəlxalq redaksiya heyətinə malik “Sosial tədqiqatlar” jurnalı hesabat dövründə 5 sayı çap olunub.

STM vurğulayır ki, mərkəzin analitik fəaliyyəti sistemli elmi yanaşma, metodoloji ardıcıllıq və nəticəyönümlü təhlil prinsipləri üzərində qurulub və hazırlanan sənədlər həm elmi-analitik, həm də tətbiqi idarəetmə baxımından əhəmiyyətli mənbə rolunu oynayır.

Sosial Tədqiqatlar Mərkəzi 2018-ci ilin fevralın 8-də Prezidentin fərmanı ilə yaradılıb. Mərkəzin sədri deputat Zahid Orucdur. 

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda ictimai rəyin öyrənilməsi, sosial və iqtisadi məsələlər üzrə sorğuların aparılması və təhlil edilməsi ilə məşğul olan elmi-tədqiqat qurumudur. Mərkəz dövlət strukturları, beynəlxalq təşkilatlar və özəl sektor üçün sosial və iqtisadi göstəricilərin öyrənilməsinə dair hesabatlar hazırlayır, siyasət və proqramların effektivliyini qiymətləndirir. STM həmçinin sorğu metodologiyalarının tətbiqi, məlumatların emalı və analitik nəticələrin təqdim edilməsi sahəsində fəaliyyət göstərir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol