• $
  • £

Torpaqların idarə olunmasında pozuntular aşkar olunub

Torpaqların idarə olunmasında pozuntular aşkar olunub
09.02.2026 14:18

Aparılan təhlillər bələdiyyələrdə yol verilən əsas pozuntuların torpaqların idarə olunması, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılıq sahələrinə aid olduğunu göstərir. Bu barədə Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə dair 2025-ci il üzrə illik məruzəsində bildirib.

Məruzəyə əsasən, bələdiyyələrin özünüidarəetmə fəaliyyətində aşkar edilən nöqsanlar arasında saxta sənədlərin hazırlanması, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin saxta sənədlər əsasında satılması, bələdiyyə əmlakı barədə qərarların səlahiyyət həddinin aşılması ilə verilməsi, eləcə də bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi üzrə nəzarət tədbirlərinin həyata keçirilməməsi xüsusi yer tutur.


Hesabatda qeyd olunub ki, bəzi hallarda bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, torpaq sahələrinin bazar qiymətindən xeyli aşağı qiymətlə satılması, habelə hərrac və müsabiqə mexanizmlərinin formal xarakter daşıması faktları da aşkar edilib.


Ədliyyə Nazirliyinin məlumatına görə, vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində yerli vergilər və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması aşağı səviyyədə təşkil olunub, bu isə bir sıra bələdiyyələrin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub.


Vətəndaş şikayətlərinin təhlili göstərib ki, Bakı şəhəri üzrə əsas şikayətlər qanunsuz torpaq ayrılması, vergi və ödənişlərin düzgün hesablanmaması, abadlaşdırma və yaşıllıqların mühafizəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Regionlarda isə şikayətlər əsasən torpaqların qanunsuz istifadəsi, icra müddəti bitmiş sahələrin geri qaytarılmaması və dəymiş ziyanın ödənilməməsi ilə əlaqədar olub.


Məruzədə bildirilib ki, aşkar edilmiş hüquq pozuntularının qarşısının alınması məqsədilə bələdiyyələrə torpaq idarəçiliyi, yerli büdcənin tərtibi, maliyyə vəsaitlərindən istifadə, şəffaflığın artırılması və daimi komissiyaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Cəmiyyət 20:40
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol