• $
  • £

Deputat bələdiyyələrin xəritə və maliyyə problemlərinin inkişafı əngəllədiyini deyir

Deputat bələdiyyələrin xəritə və maliyyə problemlərinin inkişafı əngəllədiyini deyir
09.02.2026 14:59

Milli Məclisin deputatı Kamran Bayramov bələdiyyələrin inkişafına mane olan əsas problemlərin açıq şəkildə qabardılmasının vacibliyini açıqlayıb. 

Bayramovun sözlərinə görə, bələdiyyə xəritələrinin təqdim olunmaması bu sahədə əsas sistemli problemlərdən biridir və bələdiyyələrin normal fəaliyyətinə ciddi maneə yaradır.

Deputat qeyd edib ki, xəritələrin verilməməsi yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini tam icra etməsinə imkan vermir.

O, həmçinin bələdiyyələrin maliyyə vəziyyətinə toxunaraq bildirib ki, 2–3 il əvvəl ölkə üzrə bələdiyyələrin borc yükü təxminən 8 milyon manat təşkil edib.

Hazırda isə bələdiyyələrin 15–20 faizinin faktiki olaraq fəaliyyətsiz olduğu qeyd olunur ki, bu da ümumi bələdiyyə sisteminə mənfi təsir göstərir.

Kamran Bayramov dotasiyaların verilməsi mexanizminin də təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, böyük bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi maliyyə baxımından zəif olan bələdiyyələr arasında bölüşdürülə bilər.

Deputatın sözlərinə görə, bu cür dəyişikliklər bələdiyyələr arasında balansın qorunmasına və yerli idarəetmənin səmərəliliyinin artırılmasına töhfə verə bilər.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Cəmiyyət 20:40
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol