• $
  • £

SOCAR-ın Kulevi terminalı Aİ sanksiyalarına düşə bilər — əsas məqamlar

SOCAR-ın Kulevi terminalı Aİ sanksiyalarına düşə bilər — əsas məqamlar
10.02.2026 08:32

SOCAR-a məxsus Kulevi neft limanı və terminalı Rusiyaya qarşı hazırlanmaqda olan Avropa İttifaqınin 20-ci sanksiyalar paketinə daxil edilib. Bu barədə haqqin.az-a Azərbaycanın enerji sektorundakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, qərarın əsas səbəbi Gürcüstanda fəaliyyət göstərən yeni neft emalı zavodunda Rusiya neftinin emalı və bu xammaldan istehsal olunan məhsulların Kulevi terminalı vasitəsilə ixrac edilməsidir.

“Bu addım faktiki olaraq Tbilisiyə Rusiya neftindən imtina ilə bağlı açıq mesajdır”, —  mənbə bildirib.

Qeyd olunub ki, əsas amil qiymət faktorudur. Rusiya nefti Qara dəniz limanlarında bir barel üçün 37–40 dollar səviyyəsində təklif olunur ki, bu da Gürcüstan NQZ-si üçün cəlbedici qiymət sayılır. Halbuki, əvvəlki razılaşmalara baxmayaraq, müəssisə Azərbaycan neftini faktiki olaraq almamışdı.

SOCAR-ın Kulevi terminalının illik layihə gücü 10 milyon tona qədər neft, neft məhsulları və neft-kimya məhsullarının ötürülməsini nəzərdə tutur və bu obyekt regionun əsas logistika mərkəzlərindən biri hesab olunur.

20-ci sanksiyalar paketi Aİ-yə üzv ölkələr tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Paket əsasən Rusiya neftinin dəniz yolu ilə daşınmasına əlavə məhdudiyyətlər və mövcud logistik yayınma mexanizmlərinin bağlanmasını hədəfləyir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, yeni sanksiyalar enerji, maliyyə və ticarət sektorlarını əhatə edir. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas isə tədbirlərin Rusiyanın iqtisadi və hərbi potensialını zəiflətməyə yönəldiyini vurğulayıb.

SOCAR hələlik məsələyə dair rəsmi mövqe açıqlamayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol