• $
  • £

Azərsun Holdinq” fermerlər üçün maarifləndirici görüşlər təşkil edib

Azərsun Holdinq” fermerlər üçün maarifləndirici görüşlər təşkil edib
09.02.2026 10:06

"Azərsun Holdinq"  şəkər çuğunduru becərilməsinin inkişafı, fermerlərin bilik və bacarıqlarının artırılması, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin dəstəyi ilə Bərdə, Ağdam və Tərtər rayonlarında fermerlərlə silsilə maarifləndirici görüşlər təşkil edib.

Görüşlər çərçivəsində fermerlər şəkər çuğundurunun düzgün becərilmə texnologiyası, aqrotexniki qaydalara riayət olunması, məhsuldarlığın artırılması yolları, bitkinin qidalanma sistemi və müasir becərmə yanaşmaları barədə ətraflı məlumatlandırılıb. 

Maarifləndirici görüşlərdə müvafiq sahə üzrə mütəxəssislər fermerlərlə bilik və təcrübə mübadiləsi aparıblar.

Nəticə etibarı ilə bölgələrdə şəkər çuğunduru əkininə marağın artdığı müşahidə olunub ki, bu da gələcəkdə yerli xammal bazasının möhkəmləndirilməsi və davamlı kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərsun Holdinq” bundan sonra da fermerlərin maarifləndirilməsi, yüksək məhsuldarlığın təmin olunması və şəkər çuğunduru istehsalının inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol