• $
  • £

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

ABB təcrübəsi qlobal jurnalın 100 illik
yubiley buraxılışında!
10.02.2026 12:39

Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan “The Banker” jurnalının fəaliyyətə başlamasından 100 il ötür. Bu münasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. “Əsrin bankçılığı” sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları ilə yanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevik fəaliyyət təcrübəsinə həsr olunub. 

“Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşa bilər?” sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşma prosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığı ilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinə yenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətlə uyğunlaşa bilmək banklar üçün əsas məsələdir. 

ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdə Bank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, risk idarəçiliyi, müştərilərlə kommunikasiya və s.  sahələrdə 80-dən çox süni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isə həm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünü göstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallar vasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir.

Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə, müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticə Azərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir. ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulun sürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəri təcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayiş etdirir. 

Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi və davranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərini rəqəmsal ekosistemlərə daxil edə bilib. 

“The Financial Times” qrupuna aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Baş  ofisi Londonda yerləşir. Jurnal bütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyə qurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapital bazarlarının fəal iştirakçılarıdır. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.









 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol