• $
  • £

“Hidro-3” layihəsi beynəlxalq karbon bazarına daxil olub – Azərbaycanın ilk karbon kreditləri

“Hidro-3” layihəsi beynəlxalq karbon bazarına daxil olub – Azərbaycanın ilk karbon kreditləri
10.02.2026 14:43

 SOCAR Trading və AzərEnerji ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən “Hidro-3” layihəsi beynəlxalq karbon bazarına daxil olub.

Layihə  2025-ci il mayın 28-də dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan Gold Standard tərəfindən qeydiyyata alınıb. 2026-cı il  yanvarın 28-də isə “Hidro-3” layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib.

Bu, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə əldə etdiyi ilk beynəlxalq karbon kreditləri hesab olunur.

Məlumata görə, karbon kreditləri 2024-cü ilin aprelindən 2025-ci ilin avqustunadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Bu göstərici layihə çərçivəsində istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verildiyini təsdiqləyir.

Ekspertlərin qiymətləndirməsinə görə, “Hidro-3” layihəsinin beynəlxalq karbon bazarına çıxışı Azərbaycanın yaşıl enerji strategiyasının icrasında mühüm mərhələ olmaqla yanaşı, Qarabağ bölgəsinin bərpa olunan enerji potensialının beynəlxalq səviyyədə tanınmasına da töhfə verir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol