• $
  • £

ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açır - Vens

ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açır - Vens
10.02.2026 19:28

ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq niyyətindədir.Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Biz bu dostluğa görə minnətdarlığımızı bildirmək, eyni zamanda münasibətlərdə yeni fəsil açmaq üçün bu gün buradayıq. Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampın və Prezident İlham Əliyevin liderliyi ilə əlaqələr daha da möhkəm və uğurlu olacaq. Həmçinin qeyd etmək istəyirəm ki, həyat yoldaşlarımız arasında da münasibətlərin olmasından məmnunuq”, – Vens bildirib.

Vitse-prezident ABŞ Prezidentinin xoş arzularını Azərbaycan dövlət başçısına çatdırdığını deyib və əlavə edib ki, Vaşinqton üçün böyük əhəmiyyət daşımasına baxmayaraq, tərəfdaşlıq uzun müddət lazımi səviyyədə qiymətləndirilməyib.

“Birləşmiş Ştatlar və Azərbaycan arasında tərəfdaşlığın regionda daha çox sülh və firavanlıq yaradacağına inanıram. Bu, ABŞ işçiləri üçün bazarlara çıxışı genişləndirəcək və insanların münaqişə ilə deyil, ticarət yolu ilə qarşılıqlı əlaqədə olduğu daha yaxşı dünyanın qurulmasına töhfə verəcək”, – o qeyd edib.

Vens “Tramp marşrutu” adlandırdığı və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətti üzərindən uçan ilk şəxslərdən biri olduğunu bildirib.

“Ümid edirik ki, bu, iqtisadi əməkdaşlığın inkişafına, təbii ehtiyatlar və kritik minerallar sahəsində qarşılıqlı fəaliyyətə kömək edəcək, həmçinin Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişinin möhkəmlənməsinə yardım göstərəcək”, – vitse-prezident deyib.

O əlavə edib ki, münaqişə və müharibələrin qarşısını alan əsas amillərdən biri xalqlar arasında mədəni mübadilə, birgə fəaliyyət və qarşıdurma əvəzinə ümumi firavanlığın təşviqidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
Siyasət 11:49
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
İranın xarici işlər naziri Azərbaycana təşəkkür edib
Siyasət 22:28
İranın xarici işlər naziri Azərbaycana təşəkkür edib
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib
Siyasət 19:00
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Siyasət 17:28
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
Siyasət 16:23
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Siyasət 12:15
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə regional təhlükəsizliyi müzakirə edib
Siyasət 11:00
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə regional təhlükəsizliyi müzakirə edib
Prezident həmkarını təbrik edib
Siyasət 11:45
Prezident həmkarını təbrik edib
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:15
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol