• $
  • £

Həftəsonu 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək

Həftəsonu 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
12.02.2026 11:18

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) fevralın 15-də baş tutacaq, imtahanda iştirak etmək üçün 22780 bakalavr ərizə təqdim edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, onlardan 20790 nəfər Azərbaycan bölməsi, 1990 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15391-i cari ilin, 7389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onların "Şəxsi kabinet"ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

İmtahan iştirakçıları "Yaddaş kitabçası" ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16499, Naxçıvanda 542, Gəncədə 1533, Sumqayıtda 1712, Abşeronda 1235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2069 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 5-dən etibarən DİM-in internet saytına daxil olub "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- "İmtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 14-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:54
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat məlumatı
Cəmiyyət 23:00
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat məlumatı
Prezident Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
Cəmiyyət 22:09
Prezident Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
Ramazanın on səkkizinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:48
Ramazanın on səkkizinci gününün duası- İmsak və iftar vaxtı
Türkiyə və Azərbaycanla bağlı dezinformasiyalara qarşı ictimaiyyətə çağırış edilib
Cəmiyyət 19:19
Türkiyə və Azərbaycanla bağlı dezinformasiyalara qarşı ictimaiyyətə çağırış edilib
OBA marketdə məhsul etiketdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 16:31
OBA marketdə məhsul etiketdə göstərilən qiymətdən baha satılıb
200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edilib
Cəmiyyət 14:47
200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edilib
Allahşükür Paşazadə sabah Romaya səfər edəcək
Cəmiyyət 14:19
Allahşükür Paşazadə sabah Romaya səfər edəcək
Valideyn himayəsindən məhrum 18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb
Cəmiyyət 12:55
Valideyn himayəsindən məhrum 18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol