Ərdoğan Vuçiçi qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiçi qəbul edib.Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib və prezidentlər fəxri qarovul dəstəsinin önündən keçiblər.
Rəsmi görüşlər çərçivəsində əməkdaşlığı dərinləşdirəcək sənədlərin imzalanması və birgə mətbuat konfransının keçirilməsi gözlənilir.
Son xəbərlər
Daha çox