"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb.Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” - “Qarabağ” oyunu təxirə salınıb.
Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik açıqlanmayıb.
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət etmişdi.
"Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Son xəbərlər
Daha çox