PASHA Bank 218 mln manat mənfəət fonunda səhmlərinin 5%-ni bazara çıxaracaq
Azərbaycanın aparıcı özəl korporativ bankı PASHA Bank 2024-cü ildə 218 milyon manat xalis mənfəət əldə etdikdən sonra kapitalının 5%-ni ilkin kütləvi təklif (IPO) vasitəsilə bazara çıxarmağı planlaşdırır. Bunu bankın baş inzibatçısı Murad Axundov bildirib.
Onun sözlərinə görə, IPO kapital çatışmazlığı ilə bağlı deyil və investor bazasının genişləndirilməsi, eləcə də Azərbaycanın kapital bazarlarının inkişafına töhfə məqsədi daşıyır.
Son üç ildə kapitalın gəlirliliyi (ROE) 28–32% intervalında olub, kapital adekvatlığı göstəricisi isə 20%-dən yüksək olmaqla normativ tələbləri əhəmiyyətli dərəcədə üstələyib. Bankın likvidlik göstəriciləri də tənzimləyici tələblərdən yüksəkdir.
“Bank tarixən xalis mənfəətin 50–70%-ni dividend kimi bölüşdürüb. Son hesabat ilində təxminən 109 milyon manat və ya mənfəətin 60%-i həcmində dividend ödənilib”, - Süleymanov deyib.
Son illərdə Azərbaycan iqtisadiyyatı 2,5–4% aralığında artım nümayiş etdirib, qeyri-neft sektorunun genişlənməsi və idarəolunan inflyasiya bu artımı dəstəkləyib.
Bank sektorunun struktur baxımından daha güclü və kapitallaşma səviyyəsi yüksəkdir.
PASHA Bank PASHA Holding-in tərkib hissəsidir və əsasən korporativ müştərilər və kiçik, orta sahibkarlıq subyektləri ilə işləyir. Bankın Gürcüstan və Türkiyədə törəmə strukturları fəaliyyət göstərir.
“Bu IPO Azərbaycanda özəl bank tərəfindən həyata keçirilən ilk açıq səhmləşmə olacaq”, - Süleymanov vurğulayıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox