• $
  • £

IPO prosesi davamlı olmalıdır - Fərid Axundov

IPO prosesi davamlı olmalıdır - Fərid Axundov
13.02.2026 11:34

 

IPO-lardan danışarkən pre-IPO və post-IPO mərhələləri – yəni yerləşdirmədən əvvəl və sonrakı dövrlər – xüsusilə vacibdir.

Bunu Bakı Fond Birjasının müşahidə şurasının rəhbəri Fərid Axundov bildirib.

Onun sözlərinə görə, IPO-dan sonra əsas məsələ geniş minoritar investor bazası ilə işləmək, bazarı mütəmadi məlumatlandırmaq və şəffaflığı qorumaqdır. Bu istiqamətdə PAŞA Bankın artıq müəyyən təcrübəsi mövcuddur.

“Amma daha ciddi və daha sistemli şəkildə bazarın, xüsusilə iri investorların məlumatlandırılması mühüm olacaq. Bakı Fond Birjasının listing və ticarət qaydaları var və biz istərdik ki, bu qaydalara tam riayət olunsun. İnvestorların maraqları birbaşa olaraq Birjanın maraqlarıdır. Məlumatlandırma və korporativ idarəetmə standartlarının tətbiqi yüksək səviyyədə təmin edilməlidir”, –  o qeyd edib.

Axundov vurğulayıb ki, əsas məsələ IPO-ların davamlılığını təmin etməkdir.

“Üç ildə bir IPO, beş ildə bir IPO yox – proses davamlı olmalıdır. 2024-cü illə müqayisədə 2025-ci ildə səhmlərin ticarətində artım müşahidə olunub. İndi əsas məsələ bu artımın davamlı xarakter almasını təmin etməkdir.”

Onun fikrincə, bazarda institusional və texnoloji təkmilləşmə prosesi artıq başlayıb. Yerli platformaların xarici bazarlarda fəal olan platformalara inteqrasiyası həyata keçirilir. 

Bu kontekstdə o, Abu Dabi Birjasının Tabadul platformasına qoşulma prosesini nümunə göstərib.

“Bu inteqrasiya o deməkdir ki, gələcək IPO-lar, o cümlədən PAŞA Bankın IPO-su geniş xarici investor marağı cəlb edə bilər. Biz bunu görmək istəyirik. Böyük işlər aparılmalıdır, lakin bazar artıq formalaşma mərhələsini keçməkdədir”, – o əlavə edib.

Axundov hesab edir ki, PAŞA Bankın mümkün IPO-su yalnız PAŞA Holding şirkətləri üçün deyil, bütövlükdə özəl sektor üçün də bir siqnal və çağırış ola bilər.

“Alternativ investisiya və alternativ maliyyələşmə alətlərinin bazarda formalaşmasının vaxtı çatıb. Emissiyalar və kapital bazarları biznes üçün real maliyyələşmə mexanizminə çevrilməlidir”, –  o bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol