• $
  • £

PaşaBank 2026-cı ildə kredit portfelini 5-10% artıracaq

PaşaBank 2026-cı ildə kredit portfelini 5-10% artıracaq
13.02.2026 11:47

Bu il iqtisadi artım tempinin 4%-dən yüksək səviyyədə proqnozlaşdırılması bank üçün əlavə imkanlar yaradır. Bunu PaşaBank idarə heyətinin sədri və baş icraçı direktori Cavid Quliyev bildirib.

Onun fikrincə, bu dinamika kredit portfelinin 5–10% intervalında artırılmasına şərait yarada bilər.

Paşa Bank maliyyələşdirmə tələbatını davamlı şəkildə mövcud və potensial müştərilərlə aparılan danışıqlar əsasında qiymətləndirir. Bankda layihə axınının (pipeline) kifayət qədər güclü olduğu bildirilir. Müştərilərlə aparılan analiz və məsləhətləşmələr göstərir ki, xüsusilə qeyri-neft sektorunda maliyyələşməyə ehtiyac davam edir.

Bank rəhbərliyi qeyd edir ki, kredit portfelinin artımı makroiqtisadi dinamika ilə sıx bağlıdır. Qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının genişlənməsi bank üçün yeni maliyyələşdirmə imkanları yaradır və bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Biznes modelinə gəldikdə, Paşa Bank korporativ və biznes bankçılığı istiqamətində fəaliyyətini davam etdirəcək. Bu sahədə strategiya dəyişməz qalır və əsas fokus real sektorun maliyyələşdirilməsi olacaq.

Eyni zamanda, Paşa Qrupuna daxil olan digər şirkətlərlə, o cümlədən Kapital Bank və qrupun ekosisteminə daxil olan qurumlarla sinerjinin gücləndirilməsi planlaşdırılır. Bankın təxminən 200 min fiziki şəxs müştərisinin bu ekosistemdən daha geniş şəkildə faydalanması strateji hədəflər sırasında yer alır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol