• $
  • £

Parlament minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılmasını təsdiqlədi

Parlament minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılmasını təsdiqlədi
13.02.2026 12:39

Azərbaycanda minimum əməkhaqqının məbləği bundan sonra ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçiriləcək — müvafiq dəyişiklik parlament tərəfindən son oxunuşda qəbul edilib.

Qanun layihəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur.

Yeni qaydaya əsasən, minimum əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında yenidən müəyyən ediləcək və bu proses ildə azı bir dəfə həyata keçiriləcək.

Minimum əməkhaqqı işçilərin minimum yaşayış səviyyəsini təmin edən əsas sosial siyasət alətlərindən biridir və bu sahə beynəlxalq təşkilatların, o cümlədən "Beynəlxalq Əmək Təşkila"nın diqqət mərkəzindədir.

Eyni zamanda, "Dünya Bankı Qrupun"nun “Business Ready” hesabatında minimum əməkhaqqının dövri yenilənməsinin qanunvericilikdə məcburi xarakter daşımaması qiymətləndirmə zamanı ölkələrin bal itirməsinə səbəb olan amillərdən biri kimi göstərilib.

Qanun layihəsinin hazırlanmasının məqsədi əmək münasibətləri sahəsində islahatların davam etdirilməsi, minimum əməkhaqqının müəyyənləşdirilməsinin dövriliyinin təmin edilməsi və beynəlxalq reytinqlərdə bal itkisinə səbəb olan amillərin aradan qaldırılması kimi izah olunub.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol