Əraqçi İsveçrəyə səfər edib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-lə nüvə proqramı üzrə danışıqlarda iştirak etmək üçün İsveçrəyə səfərə gedib.Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 17-də İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar keçiriləcək. Görüş Oman vasitəçiliyi ilə baş tutacaq və əsas mövzu İranın nüvə dosyesi olacaq.
Məlumata görə, Əraqçi səfər çərçivəsində İsveçrənin və Omanın xarici işlər nazirləri, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru və İsveçrədə yerləşən digər beynəlxalq təşkilatların rəsmiləri ilə də görüşlər keçirəcək.
Son xəbərlər
Daha çox