• $
  • £

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
16.02.2026 20:59

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.Bununla əlqədar nazirlik müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.

Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

- nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

- qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

- axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

- uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

- qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;

- soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol